...

Azərbaycanda zeytun ağacları sahələri artırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2011 18:55 (UTC +04:00)
2011-ci ildə Zirə qəsəbəsində 100 hektara yaxın ərazidə (Abşeron rayonu) zeytun ağaclarının əkilməsi planlaşdırılır.
Azərbaycanda zeytun ağacları sahələri artırılır

Аzərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir N.İsmayılova/

2011-ci ildə Zirə qəsəbəsində 100 hektara yaxın ərazidə (Abşeron rayonu) zeytun ağaclarının əkilməsi planlaşdırılır. Bu barədə cümə günü jurnalistlərə "Proqress" müəssisəsinin rəhbəri Firudin Pənahlı deyib.

"Ümumilikdə müəssisənin planlarına 200 hektarlıq sahədə zeytun ağaclarının əkilməsi daxildir. Bundan əvvəl zeytun ağaclarının əkildiyi sahələr sənaye tullantıları ilə çirkləndiyinə görə bu layihə ekoloji xarakter daşıyır", - o deyib.

Onun sözlərinə görə, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahubkarlığa Kömək Milli Fondu müəssisəyə çirklənmiş ərazilərin təmizlənməsi və suvarma sistemlərinin yaradılmasına 400 min manat ölçüsündə güzəştli kredit təqdim edib. Bu günə artıq göstərilmiş 60 hektar sahədə ağaclar əkilib, 2011-ci ildə daha 10 hektar və 2012-ci ildə 40 hektar ərazidə ağacların əkilməsi planlaşdırılır.

"100 minə yaxın ting Türkiyədən gətirilib. Üç ildən sonra artıq ilk məhsulun olacağı gözlənilir. Müəsissənin proqnozlaşdırılmış gücü ildə 1000-1500 ton zeytun təşkil edir", - Pənahlı deyib.

Onun sözlərinə görə, müəssisənin fəaliyyəti həm daxili tələbata, həm də məhsulun xarici bazarlarda ixracına yönəldiləcək.

Yanvarın 7-nə olan rəsmi məzənnə 0,7977 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti