...

Azərbaycan Vergilər Nazirliyində kadr dəyişiklikləri olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2011 11:11 (UTC +04:00)
Vergilər naziri Fazil Məmmədovun müvafiq əmri ilə Bakı şəhəri Vergilər Departamentinin rəisi, 3-cü dərəcəli vergi xidməti müşaviri Taryel Quliyev vəzifəsindən azad olunaraq nazirliyin Daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Vergilər Nazirliyində kadr dəyişiklikləri olub

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın vergilər naziri Fazil Məmmədovun müvafiq əmri ilə Bakı şəhəri Vergilər Departamentinin rəisi, 3-cü dərəcəli vergi xidməti müşaviri Taryel Quliyev vəzifəsindən azad olunaraq nazirliyin Daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifəsinə təyin edilib. Bu barədə nazirliyin şənbə günü yaydığı məlumatda deyilir.

Nazirin digər əmri ilə nazirliyin Daxili təhlükəsizlik baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Alimpaşa Məmmədov Bakı şəhəri Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub.

Bakı şəhəri Vergilər Departamenti xidmət etdiyi vergiödəyicilərin sayına görə Vergilər Nazirliyinin ən iri strukturudur. Departament eyni zamanda kommersiya-hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirir. Bakı şəhəri Vergilər Departamentinin üç müstəqil idarəsi fəaliyyət göstərir. Bunlar Bəyannamələrin qəbulu və işlənməsi, Vergi borclarının məcburi alınması və Vergi ödəyicilərinə xidmət idarələridir.

2011-ci ildə Bakı şəhəri Vergilər Departamentində vergiödəyicilər tərəfindən dövlət büdcəsinə 865 milyon manat məbləğində vergilərin ödənilməsi nəzərdə tutulub.

Yanvarın 8-nə olan rəsmi məzənnə 0,7977 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti