...

Dünya Bankı 2011-ci ildə Azərbaycan ÜDM-in artım proqnozunu əvvəlki səviyyədə saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2011 15:49 (UTC +04:00)
2011-ci ildə Azərbaycan ÜDM-in artımı 3,5 faiz səviyyəsində gözlənilir. Bu barədə cümə axşamı Dünya Bankının rəsmi saytında yerləşdirilmiş bankın "Qlobal iqtisadi perspektivləri - 2011" məruzəsində deyilir.
Dünya Bankı 2011-ci ildə Azərbaycan ÜDM-in artım proqnozunu əvvəlki səviyyədə saxlayıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir N.İsmayılova/

2011-ci ildə Azərbaycan ÜDM-in artımı 3,5 faiz səviyyəsində gözlənilir. Bu barədə cümə axşamı Dünya Bankının (DB) rəsmi saytında yerləşdirilmiş bankın "Qlobal iqtisadi perspektivləri - 2011" məruzəsində deyilir. Bundan əvvəl DB-nin Azərbaycan üzrə nəşr olunmuş məlumatlarında iqtisadi artımın analoji proqnozları göstərilib.

2012-ci il üçün proqnoz 3,9 faiz təşkil edir. Mövcud əməliyyatlar hesabı 2011-ci ildə ÜDM-in 24,4 faizi səviyyəsində, 2012-ci ildə isə 24 faiz səviyyəsində gözlənilir.

Hesabata əsasən, Azərbaycan, Rusiya və Özbəkistan 2009-cu ildən 2010-cu ilə qədər öz profisitini artıra bilən ölkələr sırasına daxildir.

2010-cu ildə 3,9 faiz genişlənən dünya ÜDM-i gözlənildiyi kimi, 2011-ci ildə 3,3 faiz təşkil edəcək. İnkişaf etməkdə olan ölkələrin əksəriyyəti maliyyə böhranından yaxşı çıxıblar və 2010-cu ilin sonuna bir çox inkişaf etməkdə olan ölkələr bazar iqtisadiyyatı ilə böhrana qədər əldə olunan artım potensialını bərpa etməyə nail olublar.

İnkişaf etməkdə olan ölkələrin 2011-ci il üçün ümumi proqnozu 6 faiz, 2012-ci il üçün isə 6,1 faiz təşkil edib. Çin və Hindistan istisna olmaqla, inkişaf etməkdə olan ölkələrin iqtisadi artım proqnozu 2011-ci il üçün 4,3 faiz, 2012-ci il üçün isə 4,5 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti