...

2011-ci ildə Azərbaycanda alternativ inflyasiya proqnozu 11 faizi ötür

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2011 11:02 (UTC +04:00)
İqtisadi Tədqiqatlar Mərkəzi QHT 2011-ci ildə Azərbaycanda inflyasiyanı 11,2 faiz səviyyəsində proqnozlaşdırır.
2011-ci ildə Azərbaycanda alternativ inflyasiya proqnozu 11 faizi ötür

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Ü.İsmayılova/

İqtisadi Tədqiqatlar Mərkəzi QHT 2011-ci ildə Azərbaycanda inflyasiyanı 11,2 faiz səviyyəsində proqnozlaşdırır.

QHT-dən cümə günü verilən məlumatda deyildiyi kimi, istehlak qiymətlərinin indeksi yanvarda 1,3 faiz, fevralda 1,5 faiz, martda 1,6 faiz, apreldə 0,5 faiz, mayda 0,2 faiz səviyyəsində proqnozlaşdırılır.

Təşkilatın ixrac hesabatlarına əsasən, iyun-iyul aylarında istehlak qiymətlərinin müvafiq olaraq 0,3 və 0,1 faiz aşağı düşəcəyi gözlənilir.

Azərbaycanda avqustda 0,9 faiz, sentyabrda 1 faiz, oktyabrda 1,2 faiz, noyabrda 1,4 faiz və dekabrda 1,5 faiz həcmində qiymət artımı gözləmək olar, məlumatda deyilir.

Hökumətin proqnozlarına əsasən, 2011-ci ildə inflyasiyanın artım surəti beş faiz səviyyəsində gözlənilir.

Xəbər lenti

Xəbər lenti