...

Martda Azərbaycanda ilk xizək eniş xətti sınaqdan keçiriləcək - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2011 14:41 (UTC +04:00)
Qusar rayonunda, Şahdağın ətəklərində salınan qış-yay turizm kompleksinin istismara verilməsi üzrə tikinti işlərinin birinci fazası 50 faizə qədər icra olunub. Bu barədə ötən gün Nazirlər Kabinetinin 2010-cu ildə sosial-iqtisadi inkişafın yekunları və 2011-ci ildə görüləcək işlərə həsr olunmuş, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib
Martda Azərbaycanda ilk xizək eniş xətti sınaqdan keçiriləcək - nazir

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Ü.İsmayılova/

Qusar rayonunda, Şahdağın ətəklərində salınan qış-yay turizm kompleksinin istismara verilməsi üzrə tikinti işlərinin birinci fazası 50 faizə qədər icra olunub. Bu barədə ötən gün Nazirlər Kabinetinin 2010-cu ildə sosial-iqtisadi inkişafın yekunları və 2011-ci ildə görüləcək işlərə həsr olunmuş, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib, məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

"Hazırda burada gündə 10 min turistə xidmət imkanına malik kommunal, işıq, su, qaz, yol xətlərinin çəkilişi üzrə işlər artıq həyata keçirilib", - nazir deyib.

Onun sözlərinə görə, layihə Avstriya, İsveç, Türkiyə, ABŞ, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin ən qabaqcıl şirkətləri tərəfindən icra olunur.

Bu ilin mart ayında ilk pilot xizək eniş xəttinin sınaqdan keçirilməsi, 2011-2012-ci ilin qış mövsümündə isə daha 4 xizək eniş xəttinin istismara verilməsi nəzərdə tutulub.

Turizmin inkişafına yönəlmiş çoxsaylı tədbirlər sırasında nazir, həmçinin Bakı şəhərində məşhur özəl şirkətlər tərəfindən inşa olunan mehmanxana kompleksləri, Qəbələdə inkişafda olan turizm potensialını qeyd edib. Beynəlxalq standartlara uyğun mehmanxana şəbəkəsinin inkişafı bu sahədə çalışan kadrların hazırlanması zərurətini meydana çıxarır, Qarayev deyib.

Xəbər lenti

Xəbər lenti