...

Azərbaycanda sahibkarlar üçün güzəştli kreditlərin şərtlərinə yenidən baxılması təklif olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2011 14:24 (UTC +04:00)
Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası İqtisadi İnkişaf Nazirliyinə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə kənd təsərrüfatının maliyyələşdirilməsi məqsədilə verilən güzəştli kreditlərin müddətini və məbləğini dəyişməyi təklif edir.
Azərbaycanda sahibkarlar üçün güzəştli kreditlərin şərtlərinə yenidən baxılması təklif olunur

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası İqtisadi İnkişaf Nazirliyinə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə kənd təsərrüfatının maliyyələşdirilməsi məqsədilə verilən güzəştli kreditlərin müddətini və məbləğini dəyişməyi təklif edir. Bu barədə cümə günü sədr Məmməd Musayev Yeni Azərbaycan Partiyasının qərargahında konfederasiyanın 2010-cu ildəki fəaliyyətinin yekunlarına və cari il üçün planlara həsr olunan mətbuat konfransında deyib.

"Aqrar sektorun maliyyə resurslarına böyük ehtiyacı var. Konfederasiya bu istiqamətdə SKMF ilə fəal əməkdaşlıq edir və cari ildə əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik", - Musayev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan üçün mühüm olan üzümçülük və çay yetişdirmə kimi sahələrdə çəkilən xərcin çıxarılma müddəti 10-20 il təşkil edir, SKMF-in kreditləri isə iki il üçün nəzərdə tutulub.

"Çay yetişdirmə sahəsindən məhsul almaq üçün on il lazımdır, buna görə krediti 8-10 il müddətinə vermək lazımdır, üzümçülük sahəsində azı yeddi illik kreditə ehtiyac duyulur. Məlum olduğu kimi, ölkədə üzüm emalı üzrə bir sıra müəssisələr var və buna görə öz sahələrində üzüm yetişdirən kiçik sahibkarları dəstəkləmək vacibdir", - o, vurğulayıb.

Musayevin sözlərinə görə, konfederasiya SKMF-nin hazırda beş milyon manat təşkil edən maksimal kredit həddini də artırmağı təklif edir.

"Ölkədə artıq xarici bazarlara çıxan və yerli məhsulu ixrac edən bir sıra iri müəssisələr var, buna görə onların maliyyələşmədə çatışmazlıqları olmaması üçün maliyyədən istifadə etmələrini genişləndirmək lazımdır", - Musayev əlavə edib.

Onun sözlərinə görə, konfederasiya bu həddi 7-10 milyon manatadək artırmağı təklif edir.

Fevralın 4-nə olan rəsmi məzənnə 0,7961 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti