...

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yerli iş adamlarının xaricdəki problemlərinin həllinə kömək etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2011 20:20 (UTC +04:00)
Azərbaycanın ildən-ilə artan iqtisadi qüdrəti iş adamlarının xarici ölkələrdə fəaliyyətinə əlverişli zəmin yaradıb. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yerli iş adamlarının xaricdəki problemlərinin həllinə kömək etməyə hazırdır

Azərbaycan, Bakı, 7 fevral/Trend/

Azərbaycanın ildən-ilə artan iqtisadi qüdrəti iş adamlarının xarici ölkələrdə fəaliyyətinə əlverişli zəmin yaradıb. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

"Artıq Azərbaycanın bir sıra şirkətləri xarici ölkələrdə uğurlu layihələr reallaşdırırlar", - məlumatda deyilir.

Bununla belə, daxil olan məlumatlara əsasən, bəzi hallarda Azərbaycan iş adamları sahibkarlıq fəaliyyəti həyata keçirdikləri xarici ölkələrdə müəyyən problemlərlə üzləşirlər.

İqtisadi İnkişaf Nazirliyi bildirir ki, iş adamları xarici ölkələrdə sahibkarlıq fəaliyyəti ilə bağlı qarşılaşdıqları problemlərin həllində dəstək göstərilməsi üçün Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 40. Hökumət evi, əlaqə telefonu: +99412 598-02-54, faks: +99412 492-58-95, e-mail: [email protected]), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AzPROMO) (ünvan: Bakı şəhəri, H.Abdullayev küçəsi, 11, əlaqə telefonları: +99412 598-01-47/48/49, e-mail: [email protected]) və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti