...

Bakıda qanunsuz fəaliyyət göstərən zibilxanalara görə mənzil istismar idarələrinə qarşı cərimə sanksiyaları tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2011 12:14 (UTC +04:00)
2011-ci ildə Bakıda qeyri-qanuni fəaliyyət göstərən zibilxanalara qarşı mütəmadi reydlər davam etdiriləcək. Trend-in məlumatına görə, bu barədə "Təmiz şəhər" ASC-nin məlumatında deyilir.
Bakıda qanunsuz fəaliyyət göstərən zibilxanalara görə mənzil istismar idarələrinə qarşı cərimə sanksiyaları tətbiq edilib

Azərbaycan, Bakı, 12 fevral /Trend/

2011-ci ildə Bakıda qeyri-qanuni fəaliyyət göstərən zibilxanalara qarşı mütəmadi reydlər davam etdiriləcək. Trend-in məlumatına görə, bu barədə "Təmiz şəhər" ASC-nin məlumatında deyilir.

2009-cu ildə "Təmiz şəhər" ASC-nin təşəbbüsü ilə qanunsuz fəaliyyət göstərən zibilxanaların ləğvi və qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və "Təmiz şəhər" ASC-nin nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

"2010-cu ildə olduğu kimi bu il də işçi qrup qanunsuz fəaliyyət göstərən zibilxanalar üzrə reydləri davam etdirəcək. Bakıda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə keçirilən növbəti reyd zamanı paytaxtın bəzi mənzil istismar idarələri tərəfindən pozuntular faktları ilə bağlı protokollar tərtib edilib və cərimə sanksiyaları tətbiq olunub", - məlumatda deyilir.

Paytaxtın təmizliyinin və gözəlliyinin saxlanılması məqsədilə belə reydlər Bakının bütün inzibati rayonlarında keçiriləcək.

Azərbaycan Prezidentinin "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" 6 avqust 2008-ci il tarixli sərəncamına əsasən, bərk məişət tullantılarının yerləşdirilməsi və utilizasiyası "Təmiz şəhər" ASC-yə tapşırılıb, Bakı ərazisində mənbəyindən asılı olamayaraq, bütün bərk məişət tullantılarının yığılması və daşınması isə şəhərin icra hakimiyyəti tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti