...

Azərbaycanda daha 6 dövlət standartı təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2011 18:11 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 6 milli standartı təsdiq edib.
Azərbaycanda daha 6 dövlət standartı təsdiq edilib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 6 milli standartı təsdiq edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin cümə axşamı yaydığı məlumatda deyilir.

Dövlət Komitəsi aşağıdakı standartları təsdiq edib:

- MT 004-2011 "Ölçmə vasitələrinin və sınaq avadanlıqlarının müqayisəli yoxlanmasına sərf olunan vaxt normaları";

- AZS 405-2011 "Peçenye. Ümumi texniki şərtlər";

- AZS 406-2011 "Makaron məmulatları. Ümumi texniki şərtlər";

- AZS 468-2011 (CAC/GL 12-1991) "Qarışıq meyvə nektarları. Rəhbər göstərişlər";

- AZS 568-2011 (ISO 13535:2000) "Neft və qaz sənayesi. Qazma və istismar avadanlığı. Endirmə-qaldırma əməliyyatı üçün avadanlıq";

- AZS 569-2011 "Kəmiyyət vahidləri".

Standartların hamısı 2011-ci il martın 1-dən etibarən qüvvəyə minəcək.

Xəbər lenti

Xəbər lenti