Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir A.Bədəlova/
Özbəkistan Gömrük Komitəsinin əməkdaşları informasiya-kommunikasiya texnologiyaları sahəsində Dövlət Gömrük Komitəsində həyata keçirilən layihələrlə tanış olmaq məqsədilə Bakıda işgüzar səfərdə olublar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan DGK-nın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Görüş zamanı əməkdaşlara İKT infrastrukturu barədə məlumat verilib.
Səfər zamanı Özbəkistan Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycanın gömrük xidmətində həyata keçirilən "bir pəncərə" prinsipi, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) və digər layihələrlə tanış olub, həmçinin, xarici ticarətin gömrük statistikasının metodologiyası sahəsində fikir mübadiləsi aparıblar.
Əməkdaşlar Bakı Baş Gömrük İdarəsində də olublar və gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sistemi ilə tanış olublar.