...

Bank of Baku "İdeal" mağazalar şəbəkəsi ilə birgə Azərbaycanda ilk dəfə faizsiz kredit kartı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2011 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend/

Azərbaycan bankı "Bank of Baku" ASC və "İdeal" parfümeriya malları mağazalar şəbəkəsi kreditləşmə sahəsində birgə layihənin icrasına başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir. Ölkədə ilk dəfə reallaşdırılan bu cür layihə çərçivəsində istehlakçılar "İdeal" mağazalarından mal almaq üçün 300 manat, 600 manat və 900 manat məbləğində faizsiz kredit kartı ala bilərlər.

Bu kredit layihəsi üzrə heç bir ilkin ödəniş tələb olunmur. Layihənin ilkin mərhələsində yeni xidmət "İdeal"ın endirim kartlarının ən fəal istifadəçilərinə təklif olunacaq. Bundan sonra yeni xidmətin bütün endirim kartlarının sahiblərinə, sonra isə yeni müştərilərə də təklif edilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində müştərilərə 36 ay müddətinə "Visa Classic" kartı veriləcək ki, həmin kartla "İdeal" mağazalarındakı POS-terminallar vasitəsilə mal alışını ödəmək mümkün olacaq. Kredit üzrə ödənişləri isə 6 ay ərzində bərabər hissələrlə həyata keçirmək lazımdır.

Kartı əldə etmək üçün http://www.bankofbaku.com/ru/ideal.html internet səhifəsində yerləşdirilmiş və ya "İdeal" mağazalarında təqdim edilən müraciət formasını doldurmaq lazımdır. Bankın bütün kampaniyaları haqqında məlumatı 145 telefon nömrəsinə zəng vurmaqla bankın veb-saytında (http://www.bankofbaku.com) və ya saytda yerləşən "Online-məsləhətçi" xidməti vasitəsilə əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti