...

Bakı buxtası üzərində körpünun TİƏ-nin hazırlanması yayda başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2011 19:51 (UTC +04:00)
Koreya mütəxəssisləri Bakı buxtası üzərində körpünun tikintisinin konsepsiyası və istiqaməti üzrə təkliflərini təqdim ediblər.
Bakı buxtası üzərində körpünun TİƏ-nin hazırlanması yayda başa çatacaq

Azərbaycan, Bakı, 15 mart /Trend/

Koreya mütəxəssisləri Bakı buxtası üzərində körpünun tikintisinin konsepsiyası və istiqaməti üzrə təkliflərini təqdim ediblər. Trend-in məlumatına görə, bu barədə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi KOICA-nın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov, KOICA-nın Azərbaycan nümayəndəliyinin prezidentinin nümayəndəsi Yanq-vu Kim, Koreya Magistral Yol Korporasiyasının ekspertləri və "Dongsung Engineering", "Chungsuk Engineering" və "Dodam E&C" şirkətlərindən ibarət konsorsium iclasda iştirak etmiş və layihələrin planlarını müzakirə ediblər.

Onlar eyni zamanda infrastrukturun qurulması sahəsində qlobal olaraq istifadə edilən özəl investisiyanın BOT (İnşaat-İstismar-Təhvil-təslim), BTO (İnşaat-Təhvil-təslim-İstismar) və BTL (İnşaat-Təhvil-təslim-İcarə) üsulları vasitəsilə inşaat metodunu təqdim ediblər. Ekspertlər Bakı buxtası üzərində körpünün müvəffəqiyyətlə tikilməsi üçün PPP-nin (dövlət-özəl tərəfdaşlığı) maliyyə əhəmiyyətini xüsusi vurğulayıblar.

Nəqliyyat Nazirliyinin rəyi nəzərdən keçirildikdən sonra qalan müddətdə iqtisadi və maliyyə analizi həyata keçiriləcək və yekun hesabat bu ilin iyul ayında nazirliyə təqdim ediləcək.

Körpünün texniki-iqtisadi əsaslandırılmasının hazırlığına KOICA hesabına 1,6 milyon ABŞ dolları dəyərində olan büdcə ilə 2010-cu ilin iyul ayında başlanıb və cari ilin iyul ayına qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti