...

Azərbaycan Nəqliyyat Nazirliyi BMT-nin Yol Hərəkəti Təhlükəsizliyi üzrə İşçi Qrupunun iclasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2011 14:34 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində Yol Hərəkəti Təhlükəsizliyi üzrə İşçi Qrupunun 61-ci sessiyasında iştirak edəcək.
Azərbaycan Nəqliyyat Nazirliyi BMT-nin Yol Hərəkəti Təhlükəsizliyi üzrə İşçi Qrupunun iclasında iştirak edəcək

Azərbaycan, Bakı, 17 mart /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyi BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində Yol Hərəkəti Təhlükəsizliyi üzrə İşçi Qrupunun 61-ci sessiyasında iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumata əsasən, sessiya martın 21-23-də Cenevrədə keçiriləcək. İclas zamanı işçi qrupun sədr müavini vəzifəsinə seçkilərin də keçiriləcəyi gözlənilir.

İşçi qrupun son iclası ötən ilin 27-30 sentyabrında Cenevrədə keçirilib.

Xəbər lenti

Xəbər lenti