Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi daha 4 milli standartı təsdiq edib. Bu barədə cümə axşamı komitənin məlumatında deyilir.
Dövlət komitəsi turizm, dəmiryol, şüşə istehsalı sahələrində standartları, eləcə də uyğunluğun qiymətləndirilməsi və dövlətlərarası sertifikatlaşdırma üzrə tövsiyəni təsdiq edib:
- AZS 565-2011 "Turizm-informasiya nişanları";
- AZS 582-2011 "Dəmir yolu üçün texniki qaydalar" (Hissə 1);
- AZS 583-2011 "Dəmir yolu üçün texniki qaydalar" (Hissə 2);
- AZS 584-2011 "Çoxqatlı qoruyucu şüşələr. Ümumi texniki şərtlər";
- РМГ 102-2010 "Модули оценки (подтверждения) соответствия и схемы сертификации".
Sənədlər 1 aprel 2011-ci il tarixdən qüvvəyə minir.