...

"Azərbaycan Hava Yolları" QSC ötən il eniş zamanı zədələnən təyyarəsinin alınmasını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2011 11:41 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-nin texniki heyəti ötən ilin yayında İstanbulun "Atatürk" beynəlxalq aeroportunda eniş zamanı zədələnən "Airbus-319" markalı təmir olunmuş hava gəmisini təhvil alır. Bu barədə cümə axşamı QSC-dəki mənbə deyib.
"Azərbaycan Hava Yolları" QSC ötən il eniş zamanı zədələnən təyyarəsinin alınmasını gözləyir

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC-nin texniki heyəti ötən ilin yayında İstanbulun "Atatürk" beynəlxalq aeroportunda eniş zamanı zədələnən "Airbus-319" markalı təmir olunmuş hava gəmisini təhvil alır. Bu barədə cümə axşamı QSC-dəki mənbə deyib.

"Texniki heyət artıq təyyarəni təhvil alır və bu ayın sonunadək o Bakıya gələcək", - mənbə bildirib.

Onun sözlərinə görə, təmir işləri zamanı şassi, eləcə də təyyarənin güc elementləri dəyişdirilib.

"Təyyarə Bakıya gəldikdən sonra yenidən istismara veriləcək", - mənbə vurğulayıb.

Ötən il avqustun 12-də AZAL-a məxsus, J2075 reysi ilə Bakı-İstanbul marşrutu üzrə hərəkət edən "Airbus-319" hava gəmisi İstanbul aeroportunda eniş zamanı zolaqdan çıxıb. Təyyarə endikdən sonra kapitan uçuş-eniş zolağında sürəti tənzimləyə bilməyib. Nəticədə şassinin ön dayağı əyilib və təyyarə füzelaj üstə düşərək mühərrikin ön səthini zədələyib.

İnsident nəticəsində göyərtədə olan 119 sərnişindən və 8 ekipaj üzvündən heç kim xəsarət almayıb.

Xəbər lenti

Xəbər lenti