...

Yanvar-martda Azərbaycanın İKT sektorunda xeyli artım müşahidə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2011 14:53 (UTC +04:00)
Cari ilin birinci rübünün yekunları üzrə İKT sahəsində artım tempi 24,7 faiz, o cümlədən telekommunikasiyanın artım tempi 19,2 faiz təşkil edib.
Yanvar-martda Azərbaycanın İKT sektorunda xeyli artım müşahidə olunub

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Cari ilin birinci rübünün yekunları üzrə İKT sahəsində artım tempi 24,7 faiz, o cümlədən telekommunikasiyanın artım tempi 19,2 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şənbə günü yaydığı məlumatda deyilir. Nazirlikdə 2011-ci ilin birinci rübünün yekunları üzrə kollegiya iclası keçirilib.

Kollegiya iclası zamanı qeyd edilib ki, informasiya texnologiyaları sektorunda artım tempi 2,3 dəfə, informasiya sahəsində 1,6 dəfə olub.

Hesabat dövründə mobil rabitə abonentlərinin sayı 9 446 400 nəfər, hər 100 nəfərin payına düşən kompüter 15 ədəd, internet istifadəçilərinin sayı isə 50 nəfər təşkil edib.

Kollegiyanın iclasına yekun vuran rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlət proqramları, orbitə kosmik peykin çıxarılması, Trans-Avrasiya informasiya magistralı, "elekton hökumət", rəqəmsal televiziya, poçt sahəsində bank xidmətlərinin genişləndirilməsi, regional informasiya xidmətləri layihələri və İKT sahəsindəki digər layihələr çərçivəsində bütün çatışmazlıqların aradan qalıdırılması ilə bağlı tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti