...

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə konfrans keçiriləcək - DGK rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2011 14:12 (UTC +04:00)
Ümumdünya Gömrük Təşkilatı ilə əldə olunan razılığa görə, oktyabrda Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusuna həsr olunmuş konfrans keçiriləcək.
Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə konfrans keçiriləcək - DGK rəhbəri

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Axundov/

Ümumdünya Gömrük Təşkilatı ilə əldə olunan razılığa görə, oktyabrda Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusuna həsr olunmuş konfrans keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, habelə Azərbaycanda Ümumdünya Gömrük Təşkilatının regional ofisinin açılışı da gözlənilir.

"Ofisin binası artıq hazırdır və mayın 30-da DGK onu tikinti şirkətindən təhvil alacaq", - Əliyev bildirib.

2009-cu ilin noyabrında Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənəd təşkilatın potensialının gücləndirilməsi üçün AR paytaxtında ÜGT-nin Avropa üzrə regional ofisinin açılışını nəzərdə tutur. İmzalanma Bakıda keçirilən gömrük təşkilatlarının ticarətə yardımı və "İpək yolu" ölkələrində onun sadələşdirilməsinə həsr olunan II Beynəlxalq forum çərçivəsində keçirilib.

Xəbər lenti

Xəbər lenti