Azərbaycan, Bakı, 3 may /Trend/
Azərbaycanın ən iri sığortaçılarından biri olan "Atəşgah" SŞ 2011-ci ilin aprel ayı ərzində KASKO sığortası üzrə üç avtonəqliyyat sahibinə 44 min manatdan artıq sığorta ödənişi həyata keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
BMW X5 markalı avtomobilə dəyən zərərə görə 15 min manatdan artıq, Toyota Prado üçün isə 13 min manatdan artıq sığorta ödənişi edilib. Hammer H3 sahibinə şirkət təqribən 16 min manat vəsait ödəyib.
2011-ci ilin əvvəlindən "Atəşgah" SŞ-nin KASKO sığortası üzrə ödənişlərinin ümumi məbləği 1 milyon manatı keçib. Ödənişlərin strukturunda 932 min manat avtonəqliyyat vasitələrinin KASKO sığortasına, 85 min manat su nəqliyyat vasitələrinin KASKO sığortası üzrə ödənişlərin payına düşür.
"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib, 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb.
"Atəşgah" ASC SŞ "Atəşgah Həyat" ASC SŞ və "İntermed" Tibb Klinikası ilə birgə "Atəşgah" Sığorta Qrupuna daxildir.
2010-cu ilin nəticələrinə əsasən "Atəşgah" SŞ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdədir. Bu dövr ərzində şirkətin sığorta haqları 14,6 milyon manat, ödənişləri isə 5,3 milyon manat təşkil edib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.
Mayın 3-nə olan rəsmi məzənnə 0,7913 AZN/USD təşkil edir.