...

Azərbaycanda keyfiyyətsiz polietilen torbalar istehsalçısına qarşı maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2011 20:15 (UTC +04:00)
"Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə polietilen torba istehsalı ilə məşğul olan "El-Plastik" MMC-yə 11,5 min manat maliyyə sanksiyası tətbiq edilib.
Azərbaycanda keyfiyyətsiz polietilen torbalar istehsalçısına qarşı maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir N.ismayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıtda fəaliyyət göstərən "EL-Plastik" MMC-də yoxlamalar zamanı polimer torbaların istehsalında yararlılıq müddəti ötmüş boyalardan istifadə edilməsi, istifadə olunan boyaların qida ilə təmasına icazə verilməsini təsdiqləyən müvafiq sənədlərin olmaması, polimer torbaların üzərində təyinatına uyğun olaraq "Ərzaq malları üçün" və ya "Qeyri-ərzaq malları üçün" sözlərinin qeyd edilməməsi və torbaların qablaşdırıldığı taraların markalanmasının qanunvericiliyin tələblərinə uyğun aparılmaması aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə polietilen torba istehsalı ilə məşğul olan "El-Plastik" MMC-yə 11,5 min manat maliyyə sanksiyası tətbiq edilib.

Mayın 6-na olan rəsmi məzənnə 0,791 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti