...

"Azərsu" abunəçilərdən su və kanalizasiya xidmətlərinə görə yaranmış borclarını ödəməyi xahiş edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2011 13:26 (UTC +04:00)
"Azərsu" ASC abunəçilərdən 1 fevral 2011-ci il tarixindən bu yana su və kanalizasiya xidmətlərinə görə yaranmış borclarını ödəməyi xahiş edir. Əks halda debitor borcu olan istehlakçıların su təchizatı qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz dayandırılacaq.
"Azərsu" abunəçilərdən su və kanalizasiya xidmətlərinə görə yaranmış borclarını ödəməyi xahiş edir

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir A.Axundov/

"Azərsu" ASC abunəçilərdən 1 fevral 2011-ci il tarixindən bu yana su və kanalizasiya xidmətlərinə görə yaranmış borclarını ödəməyi xahiş edir. Əks halda debitor borcu olan istehlakçıların su təchizatı qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz dayandırılacaq. Su təchizatı dayandırılmış fiziki və hüquqi şəxslərin şəbəkəyə təkrar qoşulmaları borclar tam ödənildikdən sonra mümkün olacaq.

Məlumatda deyildiyi kimi, abunəçilər borclarını bütün poçt şöbələrində və bank filiallarında ödəyə bilərlər.

Aprelin 8-də Azərbaycan Prezidenti İlham Əliyev əhalinin 2011-ci il fevralın 1-dək su və kanalizasiya xidmətlərinə görə yaranmış borclarının silinməsi haqqında sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti