...

Gəncə şəhərinin inkişafının prioritet sahələri müəyyənləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2011 14:21 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Gəncə şəhərinin müəyyən prioritet sahələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirlikdən bildirilib.
Gəncə şəhərinin inkişafının prioritet sahələri müəyyənləşdirilib

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Gəncə şəhərinin müəyyən prioritet sahələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirlikdən bildirilib.

Mayın 13-də Gəncə şəhərində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Nəticədə Gəncə şəhəri üzrə aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ət və yumurta istehsalı məqsədilə müasir quşçuluq təsərrüfatının yaradılması,

- süd istehsalı və onun emalı məqsədilə heyvandarlıq kompleksinin yaradılması,

- konserv məhsulları istehsalı üzrə müəssisənin yaradılması,

- qənnadı məhsullarının istehsalının inkişafı.

Bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün: Sahibkarlığa Kömək Milli Fondu; ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29, faks: (012) 432-37-17; e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti