...

Azərbaycanda yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumu tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2011 18:59 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumu tətbiq edilib.
Azərbaycanda yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumu tətbiq edilib

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumu tətbiq edilib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumata görə, NK "Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydaları"na dəyişiklikləri təsdiq edib.

Bu qərar imzalandığı gündən - 27 may 2011-ci il tarixindən qüvvəyə minir.

"Yeyinti məhsulları haqqında" qanuna görə, Azərbaycanda istehsal edilən, respublikaya gətirilən yeyinti məhsullarının tərkibi kimyəvi, bioloji, toksikoloji və radioloji göstəricilərinə görə ekspertizadan keçirilir və bu məhsullar dövlət reyestrində gigiyena qeydiyyatına alınır.

Dövlət gigiyena qeydiyyatına alınmış yeyinti məhsuluna gigiyenik sertifikat verilir.

Dövlət gigiyena qeydiyyatına alınmamış yeyinti məhsullarının satışı qadağandır.

Müxtəlif ərzaq növlərinin eyni ad altında və ya eyni yeyinti məhsulunun bir neçə ad altında, yaxud tərkibində narkotik vasitələr və psixotrop maddələr olan yeyinti məhsullarının və bioloji aktiv əlavələrin dövlət gigiyena qeydiyyatına alınmasına yol verilmir.

Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Ödənişli əsasda yeyinti məhsulları üçün gigiyenik sertifikatların verilməsi 2011-ci il 4 mart tarixində qəbul edilən və apreldə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən "Yeyinti məhsulları haqqında" qanuna dəyişikliklərdə nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti