...

Kapital Bankın daha 365 əməkdaşının fəaliyyəti qiymətləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2011 09:30 (UTC +04:00)
04-06 iyun 2011-ci il tarixində Kapital Bankın bir sıra yerli struktur bölmələrində çalışan işçilərin əmək fəaliyyətinin planlaşdırılması və nəticələrin qiymətləndirilməsi prosesi həyata keçirilmişdir
Kapital Bankın daha 365 əməkdaşının fəaliyyəti qiymətləndirilib

04-06 iyun 2011-ci il tarixində Kapital Bankın bir sıra yerli struktur bölmələrində çalışan işçilərin əmək fəaliyyətinin planlaşdırılması və nəticələrin qiymətləndirilməsi prosesi həyata keçirilmişdir.

Tədbir Gəncə şəhərindəki Ramada otelinin konfrans zalında təşkil edilmişdir.
Bu prosesə Kəpəz, Göygöl, Naftalan, Goranboy, Daşkəsən, Samux, Gəncə, Şəmkir, Tovuz, Gədəbəy, Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qazax, Ağstafa, Ağcabədi, Laçın, Göyçay, Kürdəmir, Yevlax, Mingəçevir, Ağdam, Bərdə, Tərtər, Zərdab, Ucar, Ağdaş rayon filiallarından 365 əməkdaş cəlb olunmuşdur.

Məqsəd işçilərin tutduğu vəzifə üzrə bilik və bacarıqlarını müəyyənləşdirməkdən, onların peşəkar inkişafını düzgün istiqamətləndirməkdən, fəaliyyətin səmərəliliyini artırmaqdan, Bankda karyera imkanlarını genişləndirməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti