...

"DəmirBank" "Bermud Electronics" ilə birgə məişət texnikasının kreditlə satışını genişləndiri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2011 16:35 (UTC +04:00)
"DəmirBank" məişət, kompüter və digər texnika satışını həyata keçirən "Bermud Electronics" şirkəti ilə əməkdaşlığı genişləndirir.
"DəmirBank" "Bermud Electronics" ilə birgə məişət texnikasının kreditlə satışını genişləndiri

Azərbaycan, Bakı, 13 iyun /Trend/

"DəmirBank" məişət, kompüter və digər texnika satışını həyata keçirən "Bermud Electronics" şirkəti ilə əməkdaşlığı genişləndirir. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Kredit proqramının şərtlərinə əsasən, "Bermud Electronics" mağazalarında müxtəlif texnika və avadanlıqları 3 aydan 18 ayadək sərfəli kredit şərtləri ilə almaq mümkündür.

Kreditin məbləği 400-dən 3000 ABŞ dollarınadək ola bilər. Kredit məbləği 1000 ABŞ dollarınadək olarsa, ilkin ödəniş tələb edilmir, məbləğ 1000 ABŞ dollarından yuxarı olduqda isə alınan malın 20% dəyərində ilkin ödəniş zəruridir.

Kredit alan şəxsin ən azı 3 ay müddətində dövlət təşkilatında və ya sabit maliyyə durumu olan özəl müəssisədə iş stajı olmalıdır. Kredit şəxsiyyət vəsiqəsi əsasında verilir.

"Bermud Electronics" şirkətinin Bakı şəhərində 2 mağazası fəaliyyət göstərir - Ş.Məmmədova küç., 1 (tel: 562 77 99) və M.Hadı küç., 23/24 (tel: 376 77 78).

"DəmirBank" müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə və qulluqçularına kredit, mebel krediti, təmir və digər istehlak kreditləri mövcuddur.

Daha ətraflı məlumat əldə etmək üçün www.demirbank.az saytına daxil olmaq və ya Telefon Məlumat Mərkəzi - 149 nömrəsinə zəng etmək olar.

Xəbər lenti

Xəbər lenti