...

Azərbaycanda keçiriləcək "Eurovison" müsabiqəsinə 50-60 min turist gələcək - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2011 14:28 (UTC +04:00)
2012-ci ildə Azərbaycanda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsinə 50-60 min turistin gələcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistylərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Azərbaycanda keçiriləcək "Eurovison" müsabiqəsinə 50-60 min turist gələcək - nazir

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir A.Axundov/

2012-ci ildə Azərbaycanda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsinə 50-60 min turistin gələcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistylərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

"Sonuncu "Eurovision" müsabiqəsini keçirən Almaniyaya 100 mindən artıq adam gəlmişdi. Lakin bu ölkə Avropanın mərkəzində yerləşir. İnfrastruktur orada, əlbəttə ki, genişdir", - Qarayev bildirib.

Onun sözlərinə görə, bugünkü vəziyyət göstərir ki, Azərbaycan bu müsabiqənin layiqincə keçirilməsi üçün bütün zəruri şəraiti yaratmağa nail olacaq.

"Cari ildə altı yeni beşilduzlu otel istismara veriləcək. Bununla yanaşı, biz bu gün bahalı olmayan üçulduzlu mehmanxana və motellərin tikintisi üçün xüsusi şərait yaradırıq", - Qarayev bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanda turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün böyük iş görüləcək.

"Turizm sahəsindəki işçilər üçün treninqlər keçiriləcək. Bu böyük prosesdir və buna hazırlıq görülür", - Qarayev bildirib.

2010-cu il ərzində mehmanxana xidmətlərinin göstərilməsi üçün lisenziya 21 hüquqi və fiziki şəxsə verilib. Hazırda ölkədə nazirliyin lisenziyası əsasında 295 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Ötən il 16 mehmanxana və mehmanxana tipli obyekt dövlət qeydiyyatından keçib, nəticədə belə obyektlərin sayı 77-yə çatıb.

Xəbər lenti

Xəbər lenti