...

"TuranBank" ICD-dən ikinci kredit xəttini cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2011 16:33 (UTC +04:00)
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD, İslam İnkişaf Bankı qrupu) "TuranBank"a 3 milyon dollar məbləğində növbəti kredit xəttini açıb.
"TuranBank" ICD-dən ikinci kredit xəttini cəlb edib

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir N.İsmayılova/

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD, İslam İnkişaf Bankı qrupu) "TuranBank"a 3 milyon dollar məbləğində növbəti kredit xəttini açıb. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Kredit xətti kiçik və orta sahibkarlığın inkişafına yönəldiləcək. Bundan əvvəl bank ICD-dən tikinti və mətbəə ilə əlaqədar sahələri maliyyələşdirmək üçün 1 milyon dollar məbləğində kredit cəlb etmişdi.

Təqdim edilmiş növbəti kredit xətti 1 il güzəşt müddəti olmaqla 6 il müddətinə nəzərdə tutulur. Kredit xətti üzrə 1 nəfərə düşən kreditin həcmi minimum 100, maksimum 2 milyon dollar məbləğində ola bilər.

"TuranBank" 1992-ci ildə yaradılıb. Bankın 25 səhmdarı var. Onların 5-i hüquq şəxs (21,8 faiz), 20-si fiziki şəxsdir (78,2 faiz).

Xəbər lenti

Xəbər lenti