...

"AtaHoldinq" ASC Sloveniyanın "Sava Re Ltd" təkrarsığorta şirkəti ilə memorandum imzalamışdır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2011 09:15 (UTC +04:00)
10 iyun 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Sloveniya Respublikasının Prezidenti Danilo Türkün iştirakı ilə Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilmiş Sloveniya-Azərbaycan Biznes forumda "AtaHoldinq" ASC ilə Sloveniyanın ən iri təkrarsığorta şirkətlərindən biri olan "Reinsurance Company Sava Re Ltd" səhmdar cəmiyyəti arasında "AtaHəyat Sığorta" ASC-nin yaradılması və Fəaliyyətinə Dəstək Verilməsi haqqında" Memorandum imzalanmışdır.
"AtaHoldinq" ASC Sloveniyanın "Sava Re Ltd" təkrarsığorta şirkəti ilə memorandum imzalamışdır (FOTO)

10 iyun 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Sloveniya Respublikasının Prezidenti Danilo Türkün iştirakı ilə Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilmiş Sloveniya-Azərbaycan Biznes forumda "AtaHoldinq" ASC ilə Sloveniyanın ən iri təkrarsığorta şirkətlərindən biri olan "Reinsurance Company Sava Re Ltd" səhmdar cəmiyyəti arasında "AtaHəyat Sığorta" ASC-nin yaradılması və Fəaliyyətinə Dəstək Verilməsi haqqında" Memorandum imzalanmışdır.

"AtaHoldinq" ASC-nin İdarə Heyətinin Sədri Fərid Əsədov Sloveniya - Azərbaycan biznes forumu zamanı "AtaHoldinq" ASC-nin imzaladığı memorandum haqqında öz fikrini bildirmişdir: "Mən inanıram ki, "AtaHəyat Sığorta" ASC-nin yaradılması ilə bağlı imzaladığımız memorandum Azərbaycan Respublikasında həyat sığortası sahəsinin inkişaf etdirilməsinə, bu sığorta növünün populyarlaşmasına və həyat sığortası bazarının böyüməsinə təkan verəcəkdir. Prezidentimiz İlham Əliyevin və Sloveniya Respublikasının Prezidenti Danilo Türkün iştirak etdiyi bir forumda memorandumun imzalanması bizim üçün ikiqat sevincdir".

Qeyd edək ki, "AtaHoldinq" ASC həyat sığortası sahəsində xarici investiya ilə əməkdaşlıq quran ilk şirkətdir. 2003-cü ildən etibarən fəaliyyətə başlamış "AtaHoldinq" ASC-nin nizamnamə kapitalı 83,9 mln. manat təşkil edir və investisiyalar əsasən maliyyə, İT, sənaye, xidmət və turizm sahələrinə yönəldilmişdir. "AtaHoldinq" ASC-nin maliyyə sektorunda "AtaBank" ASC, "AtaSığorta" ASC, "AtaLizinq" ASC, "VTB Bank Azərbaycan" ASC, turizm sektorunda "AtaTurizm" MMC, IT sahəsində "AtaTexnologiya" MMC, sənaye sektorunda "AtaSənaye" şirkətləri fəaliyyət göstərir.

"Sava Re Ltd" Sloveniyanın nüfuzlu təkrarsığorta şirkətlərindən biri olan "Sava Re Group" Şirkətlər Qrupunun təsisçisidir. "Sava Re Group" tərkibində 15 sığorta və həyat sığortası şirkətlərini birləşdirir.

"Sava Re Ltd" .Şirkəti 28 dekabr 1990-cu ildə yaradılmışdır. Təsisçiləri müxtəlif maliyyə qurumları - fond, bank, sığorta, investisiya şirkətləri və digər hüquqi və fiziki şəxslərdir. Ən iri payçı Sloveniya Restitusiya Fondu 25% paya malikdir. Şirkətin payları fond bazarında sərbəst dövriyyədədir. Nizamnamə kapitalı 39,1 milyon avro həcmindədir. "Sava Re" şirkəti yüksək beynəlxalq (A-) Standard and Poor`s reytinqinə malikdir.

Xəbər lenti

Xəbər lenti