...

Azərbaycanda sərinləşdirici içkilər istehsalçısına qarşı maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2011 18:41 (UTC +04:00)
Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə sahibkar Tahir Nəbiyevə 2,2 min manat maliyyə sanksiyası tətbiq edilib.
Azərbaycanda sərinləşdirici içkilər istehsalçısına qarşı maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir N.İsmayılova/

Bakı şəhəri, Biləcəri şosesi, Yeni Yaşayış massivində Tahir Nəbiyevə məxsus istehsalat sahəsində "Düşes" və "Tərxun" alkoqolsuz içkilərinin müvafiq reseptura olmadan istehsal edilməsi, habelə həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması səbəbindən bu sahibkar barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Xəbər lenti

Xəbər lenti