...

Azərbaycanda məişət tullantılarının idarəçiliyi üzrə uzunmüddətli strategiya hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2011 13:24 (UTC +04:00)
Cümə günü Bakıda İqtisadi İnkişaf Nazirliyinin və Türkiyənin "Ekodenge" şirkətinin təşkilatçılığı ilə "Bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf Strategiyası"nın hazırlanması ilə bağlı seminar keçirilib.
Azərbaycanda məişət tullantılarının idarəçiliyi üzrə uzunmüddətli strategiya hazırlanır

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir N.İsmayılova/

Cümə günü Bakıda İqtisadi İnkişaf Nazirliyinin və Türkiyənin "Ekodenge" şirkətinin təşkilatçılığı ilə "Bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf Strategiyası"nın hazırlanması ilə bağlı seminar keçirilib.

"İki il ərzində məsləhətləşmələr aparılacaq. Əvvəlcə cari vəziyyətin və qanunvericilik bazasının təhlili aparılacaq. Cari ilin sonunadək ilkin nəticələr əldə olunacaq və gələn il strategiyanın hazırlanması üzrə tədbirlərin keçirilməsinə start veriləcək. 2012-ci ilin sonuna strategiya layihəsi baxılması üçün aiddiyyəti orqanlara təqdim ediləcək", - İqtisadi İnkişaf Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Sahil Babayev deyib.

Onun sözlərinə görə, 2010-cu ilin noyabrında Türkiyənin "Ekodgen" şirkəti ilə Azərbaycanın və Türkiyənin laboratoriyalarında Bakıdakı məişət tullantılarının tərkibinin və həcminin təhlili məqsədilə saziş imzalanıb.

Seminarın məqsədi görülən işlərin təhlili, növbəti yarım il üçün tədbirlər planının müzakirəsidir.

Xəbər lenti

Xəbər lenti