...

"Başak-İnam Sığorta Şirkəti" ASC kənd təsərrüfatı sığortaları sahəsində təkrarsığorta müqaviləsi imzaladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2011 16:09 (UTC +04:00)
"Başak-İnam Sığorta Şirkəti" ASC kənd təsərrüfatı sığortaları sahəsində təkrarsığorta müqaviləsi imzaladı
"Başak-İnam Sığorta Şirkəti" ASC  kənd təsərrüfatı sığortaları sahəsində təkrarsığorta müqaviləsi imzaladı

"Başak-İnam Sığorta Şirkəti" ASC kənd təsərrüfatı sığortaları sahəsində təkrarsığorta müqaviləsi imzaladı.

Kənd təsərrüfatı sektorunu prioritet sahə olaraq müəyyənləşdirmiş "Başak-İnam Sığorta Şirkəti" ASC, bu sahədə ciddi təkrarsığorta dəstəyi əldə etmişdir. Şirkət dünyanın aqrar sığorta sahəsində lider olan Groupama ilə təkrarsığorta müqaviləsi imzalayıb. Qeyd edək ki, bu Azərbaycanda sığorta şirkətlərinin kənd təsərrüfatı məhsullarının sığortası sahəsində əldə etdiyi ən böyük dəstəkdir.

"Başak-İnam Sığorta Şirkəti" ASC bu dəstək sayəsində kənd təsərrüfatı sahəsində kütləviləşməni qarşısına məqsəd qoymuşdur. Kənd təsərrüfatı məhsullarının sığortalanması riskli sahələrdən biri sayıldığı üçün, bu sahəyə qlobal təkrarsığorta dəstəyi olmadan girmək qeyri-mümkündür.

"Başak-İnam Sığorta Şirkəti" ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən Başak Sığorta AŞ və Azərbaycan tərəfdən 1994-cü ildə "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi "İNAM" təkrarsığorta şirkətinin ortaqlığı ilə "Başak-İnam Sığorta Şirkəti" Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta QSC adı altında təsis edilmişdir. Sonradan bu ortaqlığa "AzərTürkBank" ASC-də qoşulmuşdur. 2006-ci ildən isə 111 il öncə Fransada yaradılmış, hal-hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən, A+: Standard & Poor's reytinqli GROUPAMA SA Başak Sığorta AŞ-ni almaqla şirkətin ortaqları siyahısına qatılmışdır. 2008-ci ildə qəbul edilmiş "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən 23.01.2009-cu il tarixdən şirkət öz təşkilati- hüquqi formasını QSC-dən ASC-yə dəyişmişdir.

Hal-hazırda "Başak-İnam Sığorta Şirkəti" ASC-nin ödənilmiş nizamnamə kapitalı 3 500 000 manat təşkil edir. Şirkət dördü icbari olmaqla 29 sığorta növü üzrə xidmət göstərir. Türk Standartları İnstitutu "Başak-İnam Sığorta Şirkəti" ASC-nin Keyfiyyət İdarəetmə Sisteminin auditini həyata keçirmiş və tam standartlara uyğun olduğunu nəzərə alaraq TS-EN-ISO 9001:2008 sertifikatına layiq görmüşdür.

Xəbər lenti

Xəbər lenti