...

Azərbaycanda iqtisadi vəziyyət əmək miqrantlarının sayının artması üçün əlverişli şərait yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2011 17:51 (UTC +04:00)
Azərbaycanda əmək miqrantlarının artan sayı ölkədə sosial-iqtisadi vəziyyətə təsir edən qüvvəyə çevrilir.
Azərbaycanda iqtisadi vəziyyət əmək miqrantlarının sayının artması üçün əlverişli şərait yaradır

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanda əmək miqrantlarının artan sayı ölkədə sosial-iqtisadi vəziyyətə təsir edən qüvvəyə çevrilir. Trend-in məlumatına görə, bu barədə Bakıda "Qloballaşdırma şəraitində əmək miqrantlarının sosial müdafiəsi" mövzusunda keçirilən beynəlxalq texniki seminarda Azərbaycan Prezidenti Administrasiyasının sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev deyib.

"Əmək miqrantları ilə bağlı vəziyyət ölkədə sosial siyasətin diqqət mərkəzindədir, - Tağıyev deyib. - Buna nümunə kimi: qəbul edilən "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" qanunda miqrantlara sığorta hüququ Azərbaycan vətəndaşlarına verilən kimi təqdim edilib".

Onun sözlərinə görə, əmək mqirantları üçün vacib məsələlərdən biri pensiyaların obyektiv hesablanması məsələsidir.

"Qloballaşdırma şəraitində insanlar müxtəlif ölkələrdə işləyirlər, bu halda onların pensiyalarının hesablanması ilə bağlı problemlər yaranır. Bu və digər məsələlər bu gün çox aktualdır və ümid edirəm ki, seminar bu məsələlərin həllinə öz töhfəsini verəcək", - Tağıyev bildirib.

Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin rəhbəri Arzu Rəhimovun sözlərinə görə, Azərbaycanın inkişaf edən iqtisadiyyatı miqrantların sayının artması üçün əlverişli şərait yardır.

"Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəni tərk edən azərbaycanlılar indi Vətənə dönürlər. Bundan başqa, digər ölkələrdən olan əmək miqrantlarının sayı da artır", - Rəhimov qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 90 ölkədən miqrant işləyir. Onların çoxu Rusiya, Türkiyə, Gürcüstan və İrandan gəlib.

"Bu gün Miqrasiya Xidmətinə xarici vətəndaşlardan daxil olan müraciətlərin 25 faizi Azərbaycanda əmək fəaliyyəti üçün icazənin alınması ilə əlaqədardır", - Rəhimov qeyd edib.

Beş ay ərzində miqrasiya xidmətinə miqrantlardan 20 663 müraciət daxil olub ki, bunun 5707-si Azərbaycanda əmək fəliyyətinə icazə almaqla bağlı sorğulardan ibarətdir.

Onun sözlərinə görə, Azərbaycanda miqrasiya sahəsində 20-dən artıq qanun və normativ akt qəbul edilib.

Seminarın gedişində qeyd olunub ki, dünya praktikasında miqrantların, xüsusilə də qeyri-leqal miqrantların tam sosial müdafiəsini təmin etməli olan ölçülər kifayət qədər deyil. "Əməkqabiliyyətli vətəndaşların miqrantların sırasını tərk etdiyi halda fərdiləşdirilmiş sığorta ödənişləri uçotu məlumatlarının mübadiləsi üzrə məsələ praktiki olaraq həll olunmayıb", - Moldova Milli Sosial Sığorta Kassasının rəhbəri Mariya Borta bildirib.

Onun fikrincə, işçi qüvvəsi qəbul edən, eləcə də işçi qüvvəsinin daxil olduğu ölkələrdən fərdi məlumatların uçotu üzrə mexanizmlər kifayət qədər fəal təşviq edilmir.

Onun sözlərinə görə, sığorta dövrləri, pensiya və müavinətlərin yekunlaşdırılması prinsipi bu hüquqların (pensiya və ya müavinətlərin ixracı hüququ nəzərdə tutulur) əldə olunduğu ölkələrdə sosial təminat təşkilatları ilə proporsional əsasda tam həcmdə reallaşdırılmır.
"Etiraf etmək vacibdir ki, bu hüquqlar şox məhdud sayda şəxslərə və əmək miqrantlarına şamil edilir", - Beynəlxalq Pensiya və Sosial Fondları Assosiasiyasının Nəzarət Komissiyasının üzvü olan Borta bildirib.

DSMF sədri Səlim Müslümovun sözlərinə görə, bu gün fondda 11390 xarici vətəndaş qeydə alınıb ki, onların hər biri üçün fərdi hesab açılıb.

İyunun 28-29-da Bakıda "Qloballaşdırma şəraitində əmək miqrantlarının sosial müdafiəsi" mövzusunda beynəlxalq texniki seminar keçirilir. Tədbir DSMF, Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) və Beynəlxalq Pensiya və Sığorta Fondları Assosiasiyası tərəfindən keçirilir.

Xəbər lenti

Xəbər lenti