...

"AtaBank" ASC "MasterCard" beynəlxalq ödəniş sistemi ilə danışıqlara başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2011 13:42 (UTC +04:00)
"AtaBank" ASC dünyanın ikinci ən böyük beynəlxalq ödəniş sistemi olan "MasterCard Europe Sprl" ilə danışıqlara start verib. Trend-in məlumatına görə, bu barədə bankın məlumatda deyilir.
"AtaBank" ASC "MasterCard" beynəlxalq ödəniş sistemi ilə danışıqlara başlayıb

Azərbaycan, Bakı, 30 iyun /Trend/

"AtaBank" ASC dünyanın ikinci ən böyük beynəlxalq ödəniş sistemi olan "MasterCard Europe Sprl" ilə danışıqlara start verib. Trend-in məlumatına görə, bu barədə bankın məlumatda deyilir.

Cari ilin sonuna qədər bu prosesin yekunlaşması gözlənilir. Yeni sistemə qoşulmaq bankın müştərilərinə yeni imkanlar yaradacaq və əlavə seçim imkanı verəcək.

"AtaBank" ASC rəhbərliyinin fikrincə yeni kartların emissiyası kart müştərilərinin sayının artmasına əhəmiyyətli təkan verəcəkdir. Eyni zamanda, bankın bankomatları "MasterCard" və "Maestro/Cirrus" kartlarını qəbul edəcəklər. "MasterCard Europe Sprl" beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü olmaqla bank "Merchant Acquiring" ("Ekvayrinq") lisenziyasının alınmasını da planlaşdırır.

"AtaBank" ASC 2004-cü ildən "Visa International" beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq edir. Hazırda "AtaBank" ASC bu sistemin tamhüquqlu üzvüdür. Bankın emissiya etdiyi kartların sayı 22 000-ə yaxındır. Bankın bankomatlarının sayı 59, POS-terminalların sayı isə 345 ədəddir.

"MasterCard Europe Sprl" beynəlxalq ödəniş sistemi ilə Azərbaycanın 10-dan artıq bankı əməkdaşlıq edir. "MasterCard Europe Sprl" bir sıra mühüm tədbirlərin- Futbol üzrə Çempionlar Liqasının, Futbol üzrə Dünya Çempionatının, Futbol üzrə Avropa Çempionatının və s. sponsoru kimi çıxış edir. Bununla əlaqədar olaraq, "AtaBank" ASC belə layihələrdə birgə iştirak etməyi də planlaşdırır.

İlk beynəlxalq ödəniş sistemini yaradan "MasterCard Europe Sprl" şirkəti böyüklüyünə görə dünyada "Visa İnternational"dan sonra ikincidir. "MasterCard" tipli plastik kartlar embarqonun qoyulduğu ölkələrdən başqa, dünyanın bütün ölkələrində qəbul edilir. "MasterCard" brendi və ticarət markası dünyada ən bahalılardan biridir.

Xəbər lenti

Xəbər lenti