...

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Əlaqələndirmə Şurasının iclası başlayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2011 14:16 (UTC +04:00)
Bakıda birləşdirici Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Marabda-Kartsaxi (Türliyə ilə sərhəd) dəmir yolu hissəsinin reabilitasiyası, yenidən qurulması və tikintisi üzrə Əlaqələndirmə Şurasının 11-ci iclası başlayıb.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Əlaqələndirmə Şurasının iclası başlayıb (FOTO)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir E.İsmayılov/

Bakıda birləşdirici Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Marabda-Kartsaxi (Türliyə ilə sərhəd) dəmir yolu hissəsinin reabilitasiyası, yenidən qurulması və tikintisi üzrə Əlaqələndirmə Şurasının 11-ci iclası başlayıb.

Gündəlikdə Tetritskaro-Tsalka və Salka-Axalkalaki dəmir yolu hissələrinin reabilitasiyası, yenidən qurulması və tikintisi məsələləri durur. Habelə gündəlikdə "Azərinşaatservis" MMC-nin təqdim etdiyi Axalkalaki -Kartsaxi dəmir yolu xəttinin tikintisi üzrə korrektə olunmuş smetanın ekspertizası məsələsi də var.

Tərəflər Axalkalaki dəmir yolu stansiyasının tikintisi layihəsinin hazırlanması məsələsini də müzakirə etmək fikrindədirlər.

İclasın gedişində Azərbaycan və Gürcüstan tərəfi Bakı-Tbilisi-İstanbul istiqamətində İspaniyanın TALGO şirkətinin sürət vaqonları və lokomotivlərindən istifadənin imkanlarına da baxılacaq.

Tərəflər habelə 2011-ci il üzrə "Marabda-Kartsaxi dəmir yolu" MMC-nin korrektə olunmuş büdcəsini də təsdiqləmək fikrindədirlər.

İclas zamanı "Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsi çərçivəsində digər məsələlər də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti