...

Saratov-Bakı reysləri ştat rejimində davam etdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2011 12:20 (UTC +04:00)
Bakı-Saratov marşrutu ilə hərəkət edən "Saratov Hava Yolları"na məxsus "Yak-42" sərnişin təyyarəsinin uçuş-eniş zolağından kənara çıxması gələcəkdə Bakı istiqamətində reyslərin həyata keçirilməsinə təsir etməyəcək.
Saratov-Bakı reysləri ştat rejimində davam etdiriləcək

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir A.Bədəlova/

Bakı-Saratov marşrutu ilə hərəkət edən "Saratov Hava Yolları"na məxsus "Yak-42" sərnişin təyyarəsinin uçuş-eniş zolağından kənara çıxması gələcəkdə Bakı istiqamətində reyslərin həyata keçirilməsinə təsir etməyəcək.

"Bakıya reyslər ştat rejimində davam etdiriləcək", - Trend-in məlumatına görə, bu barədə "SARAVİA" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bazar günü axşam Bakıdan reys həyata keçirən "Yak-42" sərnişin təyyarəsi yerə endikdən sonra təhlükəsizlik zolağının hüdudlarından kənara çıxıb.

Nə zolaq, nə də təyyarə heç bir zədə almayıb. Sərnişinlər arasında da xəsarət alanlar yoxdur. Təyyarə tam saz vəziyyətdədir.

Hadisənin baş verməsinə hava şəraiti səbəb olub.

Xəbər lenti

Xəbər lenti