...

Dünyadakı vəziyyət Azərbaycanın valyuta ehtiyatlarının idarə edilməsindən əldə edilən gəlirlərin azalmasına təsir edir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2011 18:24 (UTC +04:00)
Dünya maliyyə bazarlarındakı vəziyyət Azərbaycan Respublikası Dövlət Neft Fondunun və Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının idarə edilməsindən əldə etdikləri faiz gəlirlərinin azalmasına gətirib çıxarır.
Dünyadakı vəziyyət Azərbaycanın valyuta ehtiyatlarının idarə edilməsindən əldə edilən gəlirlərin azalmasına təsir edir - nazir

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir A.Axundov/

Dünya maliyyə bazarlarındakı vəziyyət Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) və Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının idarə edilməsindən əldə etdikləri faiz gəlirlərinin azalmasına gətirib çıxarır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə maliyyə naziri Samir Şərifov məlumat verib.

Onun sözlərinə görə, bu gün dünyanın maliyyə bazarlarındakı ümumi vəziyyət kifayət qədər mürəkkəbdir, o, suveren borc problemləri ilə ağırlaşıb.

"Bir vaxtlar özəl sektorda, ipoteka bazarında mövcud olan həmin problemləri dünyanın nisbətən inkişaf etmiş ölkələrinin mərkəzi bankları tərəfindən kütləvi pul emissiyasının hesabına həll etmək mümkün oldu. Lakin indiki dövrdə dünya maliyyə sistemi ciddi suveren defolt riski şəraitində yaşayır, həm də söhbət təkcə bir ölkədən deyil, bir neçə ölkədən gedir", - Şərifov bildirib.

Onun sözlərinə görə, bütün bunlar ümumilikdə maliyyə vəziyyətinə kifayət qədər mənfi təsir göstərir. Ona görə də bir çox inkişaf etmiş ölkələrdə, daha doğrusu, dünyanın əsas ehtiyat valyuta emitentlərində iqtisadi maliyyə siyasəti iqtisadi artımın təmin olunmasına yönəlib ki, bu da ümumilikdə mərkəzi banklar tərəfindən aşağı faiz dərəcələri ilə müdafiə olunur.

"Ona görə də biz alətləri məhz bu rezerv valyutalara yatırırıq, müvafiq olaraq ARDNF-nin və Mərkəzi Bankın qazandığı faiz gəlirləri düşür", - Şərifov deyib.

2011-ci il iyulun 1-nə olan vəziyyətə görə, ARDNF-nin aktivləri 30,2 milyard dollar, AMB-niın sərəncamında olan valyuta ehtiyatları isə 6,498 milyard dollar səviyyəsində olub.

ARDNF menecerləri Dünya Bankının Xəzinədarlıq İdarəsi, Clarident (Credit Suisse-in bölməsi) və Deutschebank Asset Management bankları, AMB-nin isə DB Xəzinədarlığı, İsveçrənin UBS və ABŞ JP Morgan banklarıdır.

Xəbər lenti

Xəbər lenti