...

Azərbaycanda əhalinin nominal pul gəlirləri 17 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2011 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir N.İsmayılova/

Yanvar-iyun aylarının yekunlarına görə, Azərbaycanda orta aylıq əməkhaqqının məbləği 351,3 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 10,7 faiz çoxdur. Bu barədə şənbə günü Trend-ə Dövlət Statistika Komitəsindən bildirilib.

Ən yüksək əməkhaqqı mədən, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, elmi və texniki fəaliyyət sahələrində, eləcə də tikinti sektorunda işləyənlərdə qeydə alınıb.

Yanvar-iyunda adambaşına düşən nominal gəlir 1495,8 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricisini 15,5 faiz ötür. Adambaşına düşən real pul gəliri 16,8 faiz artımla 1372,9 manat təşkil edib.

Yanvar-iyunda Azərbaycan əhalisinin nominal pul gəliri 13 489,2 milyon manat olub ki, bu da ötən ilin göstəricisindən 17 faiz çoxdur. Bu dövrdə əhalinin real pul gəlirləri 18,3 faiz artımla 12380,5milyon manata çatıb.

Hesabat dövründə əhali malların alınması və xidmətlərə şəxsi gəlirlərinin 67,5 faizini, vergilər, digər icbari ödənişlər və könüllü üzvlük haqlarının ödənilməsinə 8,2 faiz sərf edib və 22,6 faiz yığıma gedib.

İyulun 16-na olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti