Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir A.Axundov/
2011-ci ilin iki rübü ərzində aparılmış iş nəticəsində "A-Group" sığorta şirkəti 5 616 878 manat məbləğində sığorta mükafatı toplayıb ki, bu da öz növbəsində 2010-cu ilin müvafiq dövr göstəricilərindən 10% çoxdur. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.
Ümumi sığorta növləri üzrə nəzərəçarpacaq artım əldə edilib. Beləliklə, əmlak sığortası üzrə sığorta mükafatlarının həcmi 400% artıb. Eyni zamanda, avtonəqliyyat sığortası və ipoteka sığortası üzrə də nəzərəçarpacaq dərəcədə artım əldə edilib.
6 ay ərzində "A-Group" sığorta şirkəti 12 583 sığorta müqaviləsi bağlayıb.
2011-cu ilin 2 rübü üzrə sığorta ödənişlərinin həcmi 2 677 976 manat təşkil edib.
"A-Group" sığorta şirkəti 1995-ci ildə təsis edilib. Hazırda şirkət 3 icbari və 15 könüllü sığorta növləri üzrə xidmət göstərir. Ənənəvi olaraq, daxil olan sığorta haqlarının əsas hissəsi könüllü tibbi sığorta üzrədir.