...

Azərbaycan və Türkiyə arasındakı ticarət əlaqələri yeni inkişaf mərhələsinə çıxdılar

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2011 23:23 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasındakı ticarət əlaqələri yeni inkişaf mərhələsinə çıxdılar. Bunu çərşənbə günü Bakıda Türkiyənin xarici ticarət naziri Zafer Çağlayan bildirib.
Azərbaycan və Türkiyə arasındakı ticarət əlaqələri yeni inkişaf mərhələsinə çıxdılar

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir E. İsmayılov/

Azərbaycan və Türkiyə arasındakı ticarət əlaqələri yeni inkişaf mərhələsinə çıxdılar. Bunu çərşənbə günü Bakıda Türkiyənin xarici ticarət naziri Zafer Çağlayan bildirib.

Onun sözlərinə görə, Türkiyə nümayəndə heyətinin Azərbaycana cari səfəri iki ölkə arasında ticarət əlaqələrinin inkişafının yeni mərhələsi olduğunu bildirib.

Çağlayan qeyd etdi ki, Azərbaycan iqtisadiyyatının ümümdünya maliyyə böhranı şəraitində inkişafı Türkiyəni sevindirir.

Nazir, ölkəsinin 2023-cü ilədək inkişaf planlarından danışaraq bildirdi ki, həmin perioda qədər Türkiyənin ixracın həcmi 500 milyarda dollara çatacaq.

Çağlayan qeyd etdi ki, ilin başlanmasından Türkiyənin ixrac həcmi 75 milyard dollara çatmışdır, halbuki doqquz il əvvəl o, 36 milyard dollar səviyyəsində idi.

Nazir iki ölkə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq qardaş dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu qeyd etdi.

Xəbər lenti

Xəbər lenti