...

Azərbaycanda "Parabank"ın 3 müştərisi "Western Union"un ilk kampaniya oyununun qalibi olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2011 13:55 (UTC +04:00)
"Parabank" "Western Union"la birgə Azərbaycanda "bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm" adlı milli kampaniyası çərçivəsində birinci lotereya oyununu keçirib. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.
Azərbaycanda "Parabank"ın 3 müştərisi "Western Union"un ilk kampaniya oyununun qalibi olub

Azərbaycan, Bakı, 1 avqust /Trend/

"Parabank" "Western Union"la birgə Azərbaycanda "bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm" adlı milli kampaniyası çərçivəsində birinci lotereya oyununu keçirib. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Beləliklə, 1-ci lotereya oyunu 15 İyun 2011-ci il tarixində "Excelsior" mehmanxanasında kecirilmişdir. Keçirilən lotereya oyununda 5 hədiyyədən 3-nü "Parabank"dan Azər Cavadov, Kamin Bağırov və Sadiq Səfiyev müvafiq olaraq Parabank-ın Mərkəzi Aparatında, Gəncə və Bərdə filiallarında Western Union vasitəsilə pul köçürməsi edib, lotereyada iştirak etdilər və kampaniyada qalib qəldilər. Digər qaliblər isə 1 Demirbank 1 Exspressbankın müştəriləri oldu.

1-ci turda qalib gələn iştirakçılara 27 Iyul 2011-ci tarixində "Excelsior" mehmanasında 1000 Azn məbləğində pul mükafatları təntənəli surətdə təqdim olunmuşdur.

Qeyd edək ki, tezliklə "Bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm" adlı promo-kampaniyası çərçivəsində keçirilən lotereyanın 2-ci turunun qalibləri məlum olacaq.

Əlavə məlumat üçün Parabankın 139 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti