...

Azərbaycan şirkəti "AtaSığorta" xalis gəlir hesabına kapitallaşmanı davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2011 15:01 (UTC +04:00)
"AtaSığorta" ASC-nin səhmdarlarının illik ümumi yığıncağının qərarına müvafiq olaraq, cəmiyyətin nizamnamə kapitalı daha 200 min manat artırılaraq 5 milyon manata çatdırılır.
Azərbaycan şirkəti "AtaSığorta" xalis gəlir hesabına kapitallaşmanı davam etdirir

Azərbaycan, Bakı, 10 avqust /Trend/

"AtaSığorta" ASC-nin səhmdarlarının illik ümumi yığıncağının qərarına müvafiq olaraq, cəmiyyətin nizamnamə kapitalı daha 200 min manat artırılaraq 5 milyon manata çatdırılır. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən qeydiyyata alınmış cəmiyyətin səhmlərinin emissiya prospektinə əsasən, nizamnamə kapitalının artırılması cəmiyyətin mövcud 200 min ədəd adi, adlı sənədsiz səhmlərinin hər birinin nominal dəyərinin 25 (iyirmi beş) manat təşkil etməsi yolu ilə həyata keçirilir. Cəmiyyətin ümumi yığıncağının qərarına əsasən, nizamnamə kapitalının artırılması şirkətin 2010-cu ilin yekunları üzrə əldə etdiyi xalis mənfəətin kapitala yönəldilməsi hesabına icra olunacaqdır.

Sığorta şirkətlərinin ödəmə qabiliyyətinin möhkəmləndirilməsi və kapitallaşma səviyyəsinin artırılması üçün mühüm əhəmiyyət kəsb edən "Bankların, sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında" Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununa müvafiq olaraq, "AtaSığorta" ASC artıq ikinci ildir ardıcıl olaraq illik fəaliyyətin yekunları nəticəsində qazanılmış xalis mənfəəti şirkətin nizamnamə kapitalının artırılmasına yönəldir.

"AtaSığorta" sığorta bazarında 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 22 könüllü, 5 icbari sığorta növü üzrə fəaliyyət göstərir. Səhmdarı "AtaHoldinq" ASC olan şirkətin hazırda faktiki ödənilmiş nizamnamə kapitalı 4,8 milyon manat təşkil edir.

Avqustun 10-na olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti