...

Azərbaycan bankı AFB Bank öz səhmlərinin nominalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2011 13:21 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AFB Bank" ASC-nin adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycan bankı AFB Bank öz səhmlərinin nominalını artırır

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AFB Bank" ASC-nin adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.

Emissiyanın yerləşdirilməsi 1062 manat nominalında olan 38 182 səhmlərin elə bu həcmdə 1074 manat nominallı səhmlərə konvertasiyası yolu ilə aparılacaq.

Beləliklə, bankın nizamnamə kaptalı 40,55 milyon manatdan 41,01 milyon manatadək artacaq.

Azərbaycan Mərkəzi Bankı 2008-ci ilin dekabrında "AFB Bank"a bank fəaliyyətinin göstərilməsinə dair lisenziya verib. Bank rəsmən fəaliyyətə 2009-cu ilin fevralından başlayıb. Bankın səhmdarları iki fiziki şəxs (0,8 faiz) və "Gilan" MMC-dir (99,2 faiz).

Avqstun 22-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti