...

İlin I yarısında "ABB-MOSKVA" bankının gəlirləri 41 milyon rublu ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2011 12:02 (UTC +04:00)
RBK-nın "2011-ci ilin I yarısında ən gəlirli banklar" reytinqinə daxil olan "ABB-MOSKVA" (Azərbaycan Beynəlxalq Bankı-MOSKVA) 225-ci yeri tutub.
İlin I yarısında "ABB-MOSKVA" bankının gəlirləri 41 milyon rublu ötüb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

RBK-nın "2011-ci ilin I yarısında ən gəlirli banklar" reytinqinə daxil olan "ABB-MOSKVA" (Azərbaycan Beynəlxalq Bankı-MOSKVA) 225-ci yeri tutub. Trend-in məlumatına görə, bu barədə təşkilatın saytında dərc olunan məlumatda deyilir.

2011-ci il iyulun 1-nə olan vəziyyətə görə, "ABB-MOSKVA" bankının gəlirləri 41,04 milyon rubl, xalis aktivləri 16 954,17 milyon rubl, likvid aktivləri 1 446,07 milyon rubl təşkil edib.

"ABB-Moskva" 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankının 100 faizlik törəmə strukturu kimi yaradılıb. Hazırda "ABB-Moskva"nın Moskvada 7 müştəri xidmətləri ofisi və 25 bankomatı, Sankt-Peterburqda filial və 3 əlavə ofisi, 12 bankomatı, Yekaterinburqda filial və 2 əlavə ofisi, 7 bankomatı var.

Xəbər lenti

Xəbər lenti