...

"Parabank"ın faiz gəlirləri 80 faiz təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2011 17:13 (UTC +04:00)
1 sentyabr 2011-ci il tarixinə "Parabank" ASC-nin kredit portfeli 74,03 miyon manat təşkil edib ki, bu da 2011-ci ilin əvvəlinə olan göstəricidən 0,83 faiz çoxdur.
"Parabank"ın faiz gəlirləri 80 faiz təşkil edir

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

1 sentyabr 2011-ci il tarixinə "Parabank" ASC-nin kredit portfeli 74,03 miyon manat təşkil edib ki, bu da 2011-ci ilin əvvəlinə olan göstəricidən 0,83 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Hesabat dövrünün sonuna bank tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 39,98 milyon manat olub.

Yüksək artım tempi bankın digər maliyyə göstəricilərində də öz əksini tapıb. Belə ki, bankın depozit portfeli 2011-ci ilin əvvəlinə nisbətən 4,39 faiz artıb.

Bankın qəbul etdiyi müddətli depozitlərin həcmi bu ilin 8 ayı ərzində 3,2 faiz artıb. Depozit portfelinin 88,25 faizini fiziki şəxslərin əmanətləri təşkil edir.

Əmanətlərin artımı, əsasən, müştərilərə təklif olunan depozit məhsullarının cəlbedici şərtləri hesabına təmin olunub.

Aktivlərin artımı 1 sentyabr 2011-ci il tarixinə 106,8 milyon manat təşkil edib.

Hesabat dövrünün sonuna bankın ümumi gəlirləri 3,27 milyon manat olub.

Bankın əldə etdiyi gəlirlərin 80,59 faizini müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib və hesabat dövrünün sonuna 2,63 milyon manat olub.

2011-ci ilin sentyabr ayının əvvəlinə bank tərəfindən dövriyyəyə buraxılmış plastik kartların sayı 6412 ədədi keçib. 2011-ci ilin əvvəli ilə müqayisədə bu göstərici üzrə artım 36,51 faiz olub.

Hesabat dövrünün sonuna banka məxsus bankomatların sayı 18, bank tərəfindən ticarət və iaşə obyektlərində quraşdırılmış POS-terminalların sayı isə 203 ədədə çatdırılıb.

"Parabank" ASC plastik kart xidmətləri bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.

Müstəqil Azərbaycanın ilk kommersiya banklarından olan "Parabank" ASC 1991-ci ildən etibarən müştərilərinə geniş çeşiddə universal maliyyə xidmətləri təklif edir. 2007-ci ilin iyul ayından "Parabank" ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Hazırda bankın 16 filialı, 2 şöbəsi var.

Sentyabrın 22-nə olan rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti