...

Azərbaycanda ipoteka istiqrazlarının dördüncü emissiyasının yerləşdirilməsinə başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2011 16:47 (UTC +04:00)
Bakı Fond Birjasında keçirilən sonuncu hərracda ölkənin Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun istiqrazlarına tələbat təklifi on dəfə üstələyib.
Azərbaycanda ipoteka istiqrazlarının dördüncü emissiyasının yerləşdirilməsinə başlanıb

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir N.İsmayılova/

Ötən cümə axşamı Bakı Fond Birjasında keçirilən sonuncu hərracda ölkənin Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazlarına tələbat təklifi on dəfə üstələyib. Trend-in məlumatına görə, bu barədə Fondun çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Oktyabrın 4-də Birjada AİF-in faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərraca 3 000 000 manat həcmində istiqraz çıxarılıb. Hərracda ərizələr iki sərmayədar tərəfindən nominal üzrə ümumi məbləği 3,298 milyon manat məbləğində təqdim olunub. Satışa çıxarılan istiqrazların bütün həcmi tam yerləşdirilib.

İstiqrazların ödənmə tarixi - 11 dekabr 2017-ci ildir. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankıdır.

Sentyabrda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) AİF-in 20 milyon manat həcmində faizli, təmin edilmiş istiqrazlarının emissiyasını qeydiyyata alıb.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 20 min istiqraz buraxılıb. İstiqrazların ekspozisiya müddəti 2520 gündür. Emissiya kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Oktyabrın 4-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti