...

"Hilton Baku Hotel" Sky Grill, 360 Bar, Cilantro, Sugar Lounge kimi möhtəşəm restoran və barlarının təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2011 14:30 (UTC +04:00)
"Hilton Baku Hotel" otel kompleksi qonaqların otelin açılış mərasimindən zövq almaqları üçün yeni restoran və barlarının fərqli maraqlı qida və içki təkliflərini təqdim etdi.
"Hilton Baku Hotel" Sky Grill, 360 Bar, Cilantro, Sugar Lounge kimi möhtəşəm restoran və barlarının təqdim edir

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

"Hilton Baku Hotel" otel kompleksi qonaqların otelin açılış mərasimindən zövq almaqları üçün yeni restoran və barlarının fərqli maraqlı qida və içki təkliflərini təqdim etdi. Yüksək səviyyəli Hilton mehmanxana və kurort kompleksi yerli sakinlər və xarici qonaqlar üçün nəzərdə tutulmuş ən yaxşı nahar və bar məkanları ilə fəxr edəcəkdir. Hilton mehmanxana və kurort kompleksi əla keyfiyyətə malik kulinariya məhsulları, dünya səviyyəli qida və içki çeşidlərinə dair uzunmüddətli ənənəyə malikdir. Pina Colada, Amerikan şokoladlı keksləri və digər reseptləri yaradan brend öz qlobal təcrübələrini yeni Hilton Bakıya gətirəcəkdir.

Hilton Bakının 24-cü mərtəbəsində yerləşən və flaqman restoranı olan Sky Grill, mehmanxana kulinariya çeşidlərinin nahar mərkəzi və dəyərli məkanı olacaqdır. Əla qızardılmış ət, Argentina ənənəsi ilə açıq manqalda, Argentina əsilli baş aşpaz, xanım Qabriela Qomezin nəzarəti altında hazırlanacaqdır. Sky Grill ən yaxşı ət çeşidlərinin və təamların regionun istənilən yerinə çatdırılmasını vəd edir. Həmçinin xüsusi hallar üçün ideal şəkildə uyğun olan geniş nahar terrasında müxtəlif növ gündəlik təzə dəniz məhsulları təklif ediləcəkdir.

Hilton Diagonal Mar Barcelonadan dəvət olunmuş Aşbaz xanım Qomezdeyib: "Sky Grill restoranında heyətə rəhbərlik edəcəyim üçün çox həyəcanlıyam. Təravətləndirici və geniş çeşidli nahar menyusu vəd edən ən yaxşı təamları, içkiləri və inqrediyentləri əldə etmək üçün biz çox ciddi çalışmışıq. Panoramlı mənzərə və açıq mətbəx səhnəsi ilə qonaqlarımız unudulmaz kulinariya təcrübədən zövq alacaqlar."

Sky Grill restoranından başqa bugün, bütün günü nahar təklif edən Cilantro restoranı açılmışdır. Orta-şərq mətbəxindən ilhamlanaraq və ənənəvi regional təamlara müasirlik qatmaqla, restoran biznes və istirahət daxilolmaqla geniş miqyaslı tədbirlər üçün ideal şəkildə uyğun məkan olacaqdır. Restoran həmçinin alıcılar üçün yaxşı şərait yaradacaqdır, belə ki, mehmanxanaya və onun nahar obyektlərinə Park Bulvar Ticarət Mərkəzinin yeraltı keçidindən birbaşa yol var.Cilantro restoranına əlavə olaraq, mehmanxananın Sugar Lounge barı gündüz və gecə vaxtı rahat mühitdə içki və kokteyllər təklif edəcəkdir.

Axşam və gecə əyləncələri üçün "360" barı Bakının sosial axşam tədbirlərini optimistik atmosferi və unikal firlanan bar ilə idarə etməyi öhdəsinə götürür. Burada qonaqlar canlı musiqi və DJ-lərin yaratdığı atmosfer ilə Bakı şəhəri və Xəzər dənizi mənzərəsinin möhtəşəm görünüşünü seyr etməkdən zövq alacaqlar. Mehmanxananın əla keyfiyyətli obyekti olan 360 Bar, ekspertlər heyətinin hazırladığı nəfis kokteyllər və ən qaynar Bakı gecəsi ünvanı olmağı vəd edən əla keyfiyyətli içki nişanları, çaxırlar və şampanlar təklif edəcəkdir.

Xəbər lenti

Xəbər lenti