...

İraq-Azərbaycan aviaxəttinin açılması planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2011 12:27 (UTC +04:00)
İraq-Azərbaycan marşrutu üzrə hava yolunun iki həftə ərzində açılacağı gözlənilir. Bu barədə İraqın Bəsrə şəhərinin İnvestisiya komissiyasının sədr müavini Əli Fadıl bəyan edib.
İraq-Azərbaycan aviaxəttinin açılması planlaşdırılır

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbirlər A.Tağıyeva, E.İsmayılov/

İraq-Azərbaycan marşrutu üzrə hava yolunun iki həftə ərzində açılacağı gözlənilir. Bu barədə İraqın Bəsrə şəhərinin İnvestisiya komissiyasının sədr müavini Əli Fadıl bəyan edib. Trend-in məlumatına görə, xəbəri şənbə günü İraqın "Əl-Məda" agentliyi yayıb.

Fadılın sözlərinə görə, bu qərar Azərbaycan hökuməti nümayəndələri ilə keçirilən bir sıra görüşlərdən sonra qəbul edilib.

"Azərbaycan tərəfi İraqla iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Biz elektrik enerjisi, tikinti, su təchizatı və polietilen boruların istehsalı sahəsində əməkdaşlıq imkanalrını nəzərdən keçiririk", - Fadıl deyib.

"Azərbaycan Hava Yolları" QSC-də şənbə günü İraq istiqamətində birbaşa sərnişin reysinin açılması barədə faktı təsdiqləməyiblər.

QSC daima öz uçuşlarının şəbəkəsini genişləndirir. Bununla əlaqədar aviaşirkətin parkı yenilənir və müasir təyyarələrlə təkmilləşdirilir. Gələn il şirkət Boeing -767 təyyarəsini, 2014-cü ildə isə "Boeing-787 Dreamliner" təyyarəsini alacaq ki, bu da daha uzaq məsafələrə reyslər həyata keçirməyə imkan verəcək.

Hazırda QSC-nin balansında 21 təyyarə var.

Xəbər lenti

Xəbər lenti