...

Azərbaycanın dəmiryol stansiyalarının fəaliyyəti təkmilləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2011 17:32 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Xırdalan şəhərində dəmiryol stansiyasının yeni inzibati binasını istismara verib.
Azərbaycanın dəmiryol stansiyalarının fəaliyyəti təkmilləşdirilir

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC Xırdalan şəhərində dəmiryol stansiyasının yeni inzibati binasını istismara verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü QSC-nin mətbuat xidmətinin rəhbəri Nazir Əzməmmədov bildirib. Yeni inzibati binanın açılış məraisimində QSC-nin rəhbəri Arif Əsgərov iştirak edib.

Əzməmmədovun sözlərinə görə, binanın tikintisinə 2011-ci ilin əvvəlində başlanıb. Tikinti işləri QSC-nin şəxsi vəsaitləri hesabına həyata keçirilib.

Azərbaycanın dəmiryollarının ümumi uzunluğu 2929,4 kilometr təşkil edir ki, bunun 2099,7 kilometri istismar olunur. İstismar olunan dəmiryolların ümumi uzunluğundan 804,7 kilometri ikizolaqlı yoldur.

Həmçinin, istismarda olan dəmiryolların 1271,4 kilometri elektrikləşdirilib (60 faiz), 1650 kilometri isə avtomatlaşdırılmış siqnal sistemi ilə təchiz olunub.

Xəbər lenti

Xəbər lenti