Azərbaycan, Bakı, 12 oktyabr /Trend/
Azərbaycan bankı "Parabank" 20 illik yubileyi münasibətilə oktaybrın 3-dən 2012-ci il yanvarın 3-dək plastik kartlarına 30%-dək güzəştli endirim elan edir.
Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, beləliklə, VİSA Elektron 5 manat deyil, 3,5 manat, VİSA Classic 30 manat yox, 21 manat, VİSA Gold 100 manat yox, 70 manat, VİSA Platinum 200 manat deyil, 140 manat, VİSA İnfinite isə 500 manat deyil, 350 manatdır.
Bu kartları əldə edənlər pulsuz Səyahət sığortası, Nağdlaşdırma 0,5%, Cash Back Bonus, SMS Xəbərdarlıq, Cash Back Bonus xidməti, Mobil Bank, Kredit xətti üçün güzəştli kredit müddəti, Priority Pass, Konsierj xidməti (Visa İnfinite), Hotel Club, Cash by Code, Pin Change və Card to Card kimi xidmətlərindən istifadə edə bilərlər.
"Biz yeni aksiyalar və əlverişli məhsullar yaratmaqla müştərilərimizin həyat və gündəlik yaşamını rahatlaşdırmağa çalışırıq", - bankın Biznesin İnkişafı və Marketinq Departamentinin direktor müavini Camal Tağıyev qeyd edib.
Əlavə məlumat üçün "Parabank"ın 139 - məlumat mərkəzinə müraciət etmək olar.