Azərbaycan, Bakı, 13 oktyabr /Trend/
Azərbaycan Expressbank-da təhsil işçiləri üçün aylıq 2% ilə kredit kampaniyasına start verilmişdir.
Bu kampaniya çərçivəsində təhsil ocaqlarının işçiləri 3 aydan 18 ay müddətinə, aylıq 2% ilə kredit əldə edə bilərlər.
Kampaniya 31 dekabr 2011-ci il tarixinədək davam edəcək. Kampaniyanın keçirilmə şərtləri ilə www.expressbank.az saytında və ya 132 Məlumat Mərkəzinə zəng vurmaqla tanış olmaq olar.