...

Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2011 23:37 (UTC +04:00)
Bakıda Azərbaycan- İsveçrə biznes forumu keçiriləcək.
Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir S.Ağayeva/

Bakıda Azərbaycan- İsveçrə biznes forumu keçiriləcək.

Azərbaycanın İsveçrə Konfederasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Murad Nəcəfbəylinin çərşənbə günü Trend-ə verdiyi məlumata əsasən, oktyabrın 27-də Bakıda "İsveçrə-Azərbaycan: inkişaf və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar" mövzusunda İsveçrə-Azərbaycan Biznes Forumu keçiriləcəkdir.

Forumda İsveçrə tərəfini maliyyə, sərmayə, bank, əmtəə ticarəti, vergi, hüquq, səhiyyə, təhsil, mühasibat uçotu, daşınmaz əmlak, sağlamlıq, təlim və digər sahələri təmsil edən 40-a yaxın şirkətin nümayəndələri təmsil edəcəkdir. Forum çərçivəsində, maliyyə və özəl bankçılıq, əmtəə ticarəti, hüquqi və məhkəmə çərçivəsi; sahibkarlar üçün sənaye, iqtisadiyyat və hüquqi çərçivə; səhiyyə, məktəblər və təlim mövzularında seminarlar təşkil olunacaqdır, səfir bilidirib.

"Etibarlı ticarət tərəfdaşları olan hər iki ölkə ticari-iqtisadi əlaqələrini daha da genişləndirmək üçün siyasi iradə nümayiş etdirirlər", - deyə səfir bildirib.

Nəcəfbəylinin verdiyi məlumata əsasən, hazırda, İsveçrə ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi artıq 1 milyard ABŞ Dollarını keçmişdir. 2009-cu il ilə müqayisədə 2010-cu ildə Azərbaycan-İsveçrə xarici ticarətində idxalda 37.5%, ixracda isə 84% artım müşahidə olunmuşdur.

Azərbaycandan İsveçrəyə əsas etibarilə enerji resursları, qiymətli metallar, qiymətli daşlar, zinət əşyaları və digər məhsullar ixrac olunur. İsveçrədən Azərbaycana isə dəzgahlar, nəcib metallar, qiymətli daşlar, zinət əşyaları, əczaçılıq məhsulları və saatlar ixrac olunur.

Xəbər lenti

Xəbər lenti